Təbrizdə mərhum Prezident və xarici işlər naziri ilə vida mərasimi başladı FOTOLAR

GÜNDƏM 21 may 2024, 10:30
İranın paytaxt Tehran başda olmaqla, bir çox şəhərlərində, o cümlədən Təbrizdə helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi keçirilir.

Təşkil edilən vida mərasimlərinə axın edən on minlərlə insan mərhum prezident və digər həlak olanlara ehtiramlarını bildirirlər.

Qeyd edək ki, İbrahim Rəisinin Məşhəd şəhərində dəfn ediləcəyi deyilir.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top