ETSN-də Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüş keçirilib

DÜNYA 20 may 2024, 22:45

Tacikistan Respublikasının sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top