Meteohəssas insanların diqqətinə... — Həkim məsləhəti

GÜNDƏM 13 may 2024, 16:15
Son 165 ilin ən güclü maqnit qasırğası davam edir. Bu gün Yer kürəsində isti plazma emissiyaları ilə təhrik edilən davamlı maqnit qasırğası baş verib. Bəzi insanlar belə havalarda həssas olurlar. Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, günəşdə nüvə reaksiyaları daim baş verir və bunun nəticəsində böyük bir istilik enerjisi yaranır:



“Bəzən bu termo-radiaktiv, termo-nüvə reaksiyaları həddən artıq intensiv olur və partlayışlar şəklində özünü göstərir. Böyük bir elektromaqnit dalğası yaradır ki, bu da yerə qədər gəlib çatır. Günəş şüalarının yerə gəlib çatma müddəti 8 dəqiqədir. Bu, əlbəttə, yerdəki canlılara da öz təsirini göstərir. Çünki hər bir canlının elektromaqnit sahəsi var. Xüsusilə də insanlara bunun təsiri daha çox olur. İnsan şüurlu varlıqdır, bunu dərk edir və əks təsirlərindən qorunmaq üçün yollar axtarır. Nəzərə alsaq ki, bu gün insanlar artıq xeyli məlumatlıdırlar və bununla bağlı da əvvəlcədən öz həkimləri ilə məsələtləşirlər. Xüsusilə də həssas şəxslərin tez-tez həkim məsləhətində olması daha məqsədəuyğundur. Digər tərəfdən də həmin şəxslərin özlərini narahat hiss edəcəkləri halda evdə qalması daha yaxşıdır. Bu elanlar veriləndə yaxşı olar ki, insanlar daha diqqətli olsunlar. Təhlükəsizlik baxımından və diskomfort olmamaq üçün ev şəraitində olmaq lazımdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top