Makron Netanyahu ilə Yaxın Şərqdəki hadisələri müzakirə edib

DÜNYA 22 apr 2024, 20:49
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, danışıq zamanı Makron aprelin 13-də İranın İsrailə hava hücumunu “görünməmiş” adlandırıb və İsraillə həmrəylik mesajı verib. 

Makron İranın “qəbuledilməz” hücumunun regionda hərbi gərginlik riski yaratdığını bildirib.

Həmçinin, bütün tərəfləri bunun qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıb. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top