Lənkəranda gənclər arasında borc üstündə DAVA

KRİMİNAL 22 apr 2024, 13:27
Lənkəranda 1988-ci il təvəllüdlü Nizam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cabirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 18-də Lənkəran şəhəri T.İsmayılov küçəsində avtoyuma məntəqəsində baş verib. Nizam Cabirlə şəxsi münasibətlər zəminində, yəni Cabirin ona borc verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun çiyin nahiyyəsinə qəsdən yumruqla vurub. 

Hadisəni törədən Nizamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam özünü təqsirli bilib. O bildirib ki, törətdiyi əməli səmimi etiraf edir, özünü tam təqsirli bilməklə əməlindən peşmandır: “Heç kimlə düşmənçilik və ədavətim yoxdur. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmin dolanışığını təmin edirəm. Cabir ilə uzun müddətdir ki, eyni küçədə yaşayıram. Bir neçə dəfə Cabirdən borca pul almışam və vaxtında qaytarmışam. Həmçinin Cabirdə məndən nə xahiş edibsə, onun üçün həmin işləri həll etmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 18 radələrində ona təcili pul lazım olduğu üçün Cabirin işlədiyi avtoyuma məntəqəsinə gedib və ondan borca 20 manat pul istəyib: “Cabir hazırda pulunun olmadığını, axşam saat 21 radələrində təkrar gəlməyimi istədi. Mən də axşam saatlarında təkrar Cabirin işlədiyi avtoyuma məntəqəsinə gedərək ondan təkrar 20 manat borca pul istədim. Bu zaman Cabir əsəbi şəkildə pulunun olmadığını bildirdi . Bu görə də aramızda münaqişə baş verdi. Münaqişə zamanı əsəbı olduğum üçün yumruqla Cabirin sağ çiyin nahiyyəsinə yumruqla vurdum və daha sonra oradan uzaqlaşdım”. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nizamın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top