Antalyadakı kanat qəzası dənizliləri qorxuya saldı — VİDEO

REGİON 22 apr 2024, 09:14
Türkiyənin Antalya şəhərində baş verən kanat qəzası Dənizli sakinlərinin də narahatlığına səbəb olub. 

Demokrat.az xəbər verir ki, bu şəhərdə də oxşar kanat var. 2015-ci ildən fəaliyyət göstərən və uzunluğu 1500 metr olan bu kanat Ege bölgəsinin ən uzun kanatı hesab edilir. 
Dənizli sakinləri Antalyadakı hadisədən sonra kanata minməyə ehtiyat edir. Onlar oxşar qəzanın təkrarlana biləcəyindən qorxur.  

Yerli sakin Gizem Buttak Demokrat.az-a bildirib ki, Antalyadakı qəzadan sonra kanata minəcəyini düşünmür: “Ümumiyyətlə, kanatdan qorxan biri idim. Amma bəzən adam minmək istəyir. Antalyadakı qəzadan sonra bu istək də aradan qalxıb. Yəni, artıq heç bir halda kanata minəcəyimi düşünmürəm”. 

Nurgul Afşar da həmyerlisi ilə eyni fikirdədir. “10 dəqiqəlik zövq üçün əsla canımı təhlükəyə atmaram” deyən Nurgul Afşar Antalyadakı qəzadan sonra bu fikrə gəldiyini bildirib.

Pamukkale üniversitetinin tələbəsi olan Mədinə Qasımova da məsələ ilə bağlı fikirləni belə qeyd edib: "mən ümumiyyətlə, qorxurdum onsuz bu məsələdən sonra təhlükəsizlik naminə bir açıqlama olmadığı müddətcə ayaq basmaram ora". 

Zeynəp Arsu isə Antalyadakı hadisədən sonra təşvişə düşsə də kanatdan istifadə edəcəyini deyir:

“Açığı, Antalyadakı hadisədən sonra qorxuram. Amma bununla belə yenə də istifadə edəcəm. Hər halda Antalyadakı hadisədən sonra müvafiq qurumların daha məsuliyyətli olacağına, tez-tez kanata texniki baxış keçiriləcəyini düşünürəm”, - deyə o bildirib. 

Bəs, kanata vaxtlı-vaxtında texniki baxış keçirilirmi? Ümumiyyətlə, Antalyadakı hadisədən sonra müvafiq qurumlar nə düşünür?
Təəssüf ki, bu suallara cavab almaq mümkün olmayıb. 

Xatırladaq ki, aprelin 12-də Antalyada kanat dəstəyinin bir hissəsi yerindən çıxaraq kabinələrdən birinə dəyib. Nəticədə döşəmə dağılıb və içəridəki insanlar yerə yıxılıb. 18 nəfər xəsarət alıb. Onlardan birini xəsarəti həyati təhlükəli olub. Kabinələrdəki 174 nəfər isə 24 saat ərzində təxliyə edilib.


Fatimə Qəmbərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top