Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəkləyib

DÜNYA 21 apr 2024, 18:30

Almaniya kansleri Olaf Şolts Konqres Nümayəndələr Palatasının Kiyevə çoxmilyardlı yardım göstərmək qərarını “güclü siqnal” adlandırıb.

Bu barədə o, X-də (keçmiş Twitter) yazıb.

"ABŞ Nümayəndələr Palatasının Ukraynanı dəstəkləmək qərarı indiki zamanda güclü siqnaldır", - Almaniya hökumətinin başçısı deyir. "Biz birlikdə ukraynalıların tərəfindəyik", Şolts yazıb.

Qeyd edək ki, dünən Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardım göstərilməsi haqqında qanun layihəsini qəbul edib, bu vəsaitlər əsasən Amerika hərbi sənaye kompleksindən yeni silah sifarişləri üçün istifadə olunacaq. Bu pul həm də Kiyev üçün sursat və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top