Hakan Fidan Niderlanda gedəcək

REGİON 18 apr 2024, 19:32
Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 19-da Niderlanda səfər edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata əsasən, səfər Vittenburq Konfransının 10-cu Toplantısı çərçivəsində baş tutacaq.

Nazir həmkarı Hanke Bruins Slotun dəvəti ilə konfransda iştirak edəcək. 

Nazirlərin ikitərəfli görüşündə siyasi əlaqələr qiymətləndiriləcək və tərəfləri maraqlandıran məsələlər gündəmə gətiriləcək. 

Həmçinin, Türkiyənin terrorla mübarizə ilə bağlı gözləntiləri bəyan olunacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top