Hadisə

Milli Qəhrəman Şahin Tağıyev xəstəxanaya yerləşdirildi

Milli Qəhrəman Şahin Tağıyev xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Demokrat.az bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə bildiriblər.

3 gün öncə xəstəxanaya aparılan Şahin Tağıyevin hazırda vziyyəti stabildir və xəstəxanada müalicə alır.

“İlk gün vəziyyəti kritik ağır olan Şahin Tağıyev həyatdadır. Ümid edirik ki, o yaxın gələcəkdə tamamilə sağalıb öz evinə dönəcək”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Şahin Tağıyev “Qurtuluş” batalyonunun komandiri olub.

Döyüşlərədə şücaətinə görə, Azərbaycan prezidentinin sərəncamı ilə 1992-ci ildə Milli Qəhrəman adı verilib.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub. 2001-ci ildən İsveçdə mühacirətdə yaşayır.

D
demokrat.az