“Əmək pensiyaları haqqında" qanun layihəsinin 8.1-ci maddəsində 5 və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni 5 il daha tez pensiyaya çıxa biləcək.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 4.0.1.13-cü maddəsində isə bu güzəştlər 5 dən çox övladı olan analara şamil olunur: “Yəni 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, “Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsinə uyğun olaraq, “Sosial müavinətlər haqqında qanunda da “5 və 5-dən çox övladı olan analar” sözü əksini tapsın”. (APA)