Gənc oğlan bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 04 aprel 2024, 16:33
Beyləqan rayonunda 1996-cı il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Cəmiləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 3-də baş verib. Səlim həmin gün, saat 18 radələrində bacısı Cəmilə ilə birlikdə yaşadıqları Beyləqan rayonunun kəndində yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı sağ göz nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vurub. 

Hadisəni törədən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bacısı ilə aralarında heç bir ədavət və düşmənçilik yoxdur: “Cəmilə boşandıqdan sonra bizimlə birlikdə yaşayır. Boşandıqdan sonra Cəmiləyə və onun 2 övladına atam baxır. Cəmilə Beyləqan rayon Mərkəzi Xəstəxansında işə düzəlmək istəyib, təcrübə keçmək üçün hər gün xəstəxanaya gedim. Lakin, mən Cəmilənin xəstəxanada işləməsini istəmədiyim üçün bu barədə bir neçə dəfə ona aramızda sözlü mübahisəmiz olub. Sonuncu dəfə hadisə baş verən günü, saat 18 radələrində yaşadığımız evdə yenə də bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Cəmiləyə işə getməyə qoymayacağımı bildirdim. Həmin vaxt Cəmilənin azyaşlı övladı çay istədiyini bildirdi. Cəmilə isə uşağa əsəbiləşdiyi üçün uşaq ağlamağa başladı. Cəmiləyə uşağa çay verməsini, uşağı ağlamağa qoymamasını bildirdim. Cəmilə isə mənə işlərinə qarışmamağı dediş Bu zaman əsəbiləşərək yumruqla Cəmilənin sağ göz nahiyəsinə bir dəfə vurdum. Cəmilə zərbənin təsirindən yerə yıxıldıqdan sonra da onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq ona xəsarət yetirdim. Bu zaman atam evə daxil olaraq bizi aralaşdırdı”.

Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səlimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top