Yaponiyanın ən yaşlı pandası öldü

DÜNYA 04 apr 2024, 18:42
Yaponiyanın "Tan Tan" adlı ən yaşlı pandası 28 yaşında ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə “NHK” dövlət televiziyası məlumat yayıb.

Məlumatda, pandanın ürəyinin dayanması nəticəsində öldüyü açıqlanıb. 

Kobe şəhərindəki Oji zooparkının rəsmiləri pandanın 1995-ci ildə Çinin Çiçuan bölgəsində doğulduğunu bildirib. 

“Tan Tan" 2000-ci ildə, "Kobe zəlzələsi" kimi tanınan Böyük Hanşin zəlzələsindən sonra icarə müqaviləsi ilə şəhərə gətirilib. 

Bildirilib ki, pandanı şəhərə gətirməkdə məqsəd təbii fəlakətdə zərər çəkən şəhər sakinlərinə təsəlli vermək olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top