Uşaqları əyləndirərək öyrədən yeni layihə başlayır — FOTOLAR

SOSİAL 04 apr 2024, 14:07
“Shokki Mokki” və UAFA təşkilatı uşaqların fiziki inkişafı və əyləncəsi üçün əməkdaşlığını davam etdirir.  Qurumların icra edəcəyi yeni layihə “Kiçik addımlarla böyük uğurlar” adlanır.

Demokrat.az xəbər verir ki, adıçəkilən layihənin daha bir tərəfdaşı isə “Vuvuzela media”dır. 

Əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqların zehni inkişafı ilə yanaşı fiziki inkişafını da təmin etməkdir. Uşaqlar əylənərək öyrənəcəklər. Layihə Bakı ilə yanaşı bölgələr də həyata keçiriləcək. Gəncə, Hacıqabul, Siyəzən, Xaçmaz və Lənkərandakı “Məktəbim” təhsil ocaqlarına səfər ediləcək. Səfərdə tanınmış futbolçular da iştirak edəcək. Onlar futbol, fiziki aktivliklə bağlı tövsiyələrini uşaqlarla bölüşəcəklər. Uşaqlar arasında yarışlar keçiriləcək, qaliblərə “Shokki Mokki” və “Vuvuzela”dan hədiyyələr təqdim olunacaq. 

Layihənin son görüşü 1 iyun Beynəlxalq Uşaqlar Günündə təşkil ediləcək. 

“Kiçik addımlarla böyük uğurlar” barədə yenilikləri aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.youtube.com/@vuvuzelamedia 




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top