Hindistanda dəhşətli qasırğa, ölənlər var

DÜNYA 02 apr 2024, 19:59
Hindistanın şimal-şərq ştatlarında baş verən qasırğada 7 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, ölkənin şimal-şərq ştatlarında qasırğa baş verib və güclü yağış yağıb. 

Fırtına səbəbindən baş verən qəzalarda 7 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb. 

Bölgədə ildırım vurması nəticəsində isə 6 nəfərin yaralandığı bildirilib. 

Bundan başqa, fırtınada yüzlərlə ev, bina və infrastruktura ziyan dəyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top