ABŞ-də vəba xəstəliyinə yoluxan şəxs dünyasını dəyişdi

DÜNYA 14 mar 2024, 20:40
ABŞ-nin Nyu-Meksiko ştatının Linkoln bölgəsində bir nəfər vəbadan ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Müdirliyi məlumat yayıb.

Məlumatda, əyalətin Linkoln bölgəsində vəba xəstəliyinə tutulan şəxsin xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirdiyi bildirilib. 

Açıqlamada, hadisənin "2020-ci ildən bəri Nyu Meksikoda vəbadan ölən ilk insan" olaraq qeydə alındığı vurğulanıb. 

Qeyd edilib ki, əyalətdə 2020-ci ildə vəbaya yoluxan 4 nəfərdən biri ölüb, sonuncu vəba hadisəsi isə 2021-ci ildə görülüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top