ABŞ ordusu Haitidəki səfirlik əməkdaşlarını təxliyə edib

DÜNYA 10 mart 2024, 19:45

ABŞ ordusu, davam edən fövqəladə vəziyyət səbəbindən Haitidəki Amerika səfirliyinin bəzi personalını hava yolu ilə təxliyə edib və diplomatik korpusda təhlükəsizliyi gücləndirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” ABŞ Cənub Komandanlığının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, səfirlik əməkdaşlarının təxliyə edildiyi hərbi təyyarənin göyərtəsində Haiti vətəndaşı olmayıb.

Bəyanatda bildirilib ki, ABŞ-ın Haitidəki səfirliyi Vaşinqtonun Haiti xalqına və ölkənin milli polisinə dəstək və azad seçkilərin keçirilməsinə şərait yaratmaq səylərini inkişaf etdirməyə sadiqdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top