Navalnı dəfn edildi — VİDEO

DÜNYA 01 mar 2024, 21:33

Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub.

Axar.az xəbər verir ki, məlumatı “Bild” yayıb.

Bildirilib ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib. Mərasim iştirakçıları “Aleksey, Aleksey”, “Navalnı, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq” şüarları səsləndiriblər.

Aleksey Navalnı ilə vida mərasimində ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və AB-yə üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə müəssisəsində 47 yaşında qəfildən ölüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top