Bakıda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 28 fevral 2024, 22:04
Bakının Xəzər rayonunda 1992-ci il təvəllüdlü Tahir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 20-də baş verib. Tahir həmin gün saat 10 radələrində arvadı Sevil ilə aralarında baş vermiş şəxsi münasibətlər zəmnində sonucunun sifət nahiyəsindən şillə ilə qəsədən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildən Zərərçəkmiş şəxs ilə birgə yaşayır, 2015-ci ildə rəsmi nikaha daxil olub, birgə nikahdan iki azyaşlı övladı var: “Dekabrın 20-də, saat 10 radələrində yaşadığımız  Binə qəsəbəsi, Hövsam südçülük sovxozunda yerləşən evimdə arvadım ilə aramızda yaranmış münaqişə zamanı şillə ilə sifət nahiyəsindən qəsdən vuraraq xəsarət yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tahirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top