Zelenski Ər-Riyadda vəliəhd şahzadə Bin Salman ilə görüşdü

DÜNYA 27 fev 2024, 21:45
Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Zelenski onu müşayiət edən nümayəndə heyəti ilə birgə Ər-Riyada səfər edib.

Ölkə başçısı səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. 

Görüş zamanı ikitərəfli münasibətlərə nəzər salınıb, əməkdaşlığın gücləndirilməsi və “Rusiya-Ukrayna böhranı”nın həlli yolunda dialoq imkanları müzakirə edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top