Konqoda bir həftə ərzində 135 min insan köç edib

DÜNYA 27 fev 2024, 20:56
Konqo Demokratik Respublikasında (KDR) ordu ilə üsyançı qruplar arasında qarşıdurmalar səbəbindən bir həftə ərzində təxminən 135 min adam Qoma bölgəsinə köç edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurası (NRC) açıqlama yayıb.

Açıqlamada, bölgədəki qarşıdurmaların mülki şəxslərə mənfi təsir göstərdiyi bildirilib. 

Həmçinin, davam edən qarşıdurmalar səbəbindən fevralın ilk həftəsində təxminən 135 min insanın Qoma bölgəsinə köç etmək məcburiyyətində qaldığı paylaşılıb. 

Qeyd edək ki, bölgədəki qarşıdurmalar səbəbindən ərzaq məhsullarının əldə edilməsində çətinliklər yaranıb və ərzaq qiymətləri artıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top