“Vasif Talıbov xəstədir, evə qapanıb” — ŞOK AÇIQLAMA

SİYASƏT 27 fev 2024, 16:51
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan uzun müddətdir ki, xəbər yoxdur. Naxçıvanın keçmiş rəhbərinin hazırki vəziyyəti ilə bağlı nə mətbuatda, nə də cəmiyyətdə konkret məlumatlar öz əksini tapır. 

Buna səbəb nədir? Vasif Talıbov nədən "qeybə" çəkilib?

Əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun hazırki vəziyyəti ilə bağlı Yenisabah.az-a danışıb.

Jurnalist bildirib ki, Vasif Talıbov müxtəlif xəstəliklərdən əziyyət çəkir: 

“Vasif Talıbov hakimiyyətdə olduğu dövrdən xəstə idi. Onun xəstəliyinin ölümcül səviyyədə olduğunu zənn etmirəm. Sadəcə, evinə qapanıb, çünki faktiki olaraq ev dustağına çevrilib. Naxçıvanı tərk etməməsi üçün ona evindən çıxmamaq tapşırılıb. Amma məndə olan məlumata görə hətta vəzifədə olduğu dövrdə, 2016-2017-ci illərdə Almaniyaya əməliyyat üçün gedib və orada ona əməliyyat olunarsa həyati təhlükə yarana biləcəyi deyilib. Digər tərəfdən Vasif Talıbovun çox ağır şəkər xəstəliyi də var”. 

Ancaq Heydər Oğuz Vasif Talıbovun evinə qapanmasının səbəbinin xəstəliklərlə bağlı olmadığını qeyd edib:

“Lakin Talıbovun evə qapanmasının səbəbi bu xəstəliklərlə bağlı deyil. Əvvəla, camaatın qarşısına çıxacaq üzü yoxdur. Onsuz da hər kəs Naxçıvanda ondan narazı idi, hakimiyyətdən getdikdən sonra isə hamı Vasif Talıbova nifrət edir. Onun üzə çıxmamasın başlıca 2 səbəbi var. Birincisi, ona deyilib ki, evində otur, yəni mədəni şəkildə ev dustağına çevirilib. İkinci isə qeyd etdiyim kimi insanların içərisinə çıxmağa onun üzü yoxdur. Hazırda Vasif Talıbovun dövrü ilə müqayisədə naxçıvanlılar az da olsa, fikirlərini deyə bilir, istəklərini dilə gətirirlər. Əvvəllər bu da yox idi. Hərçənd indi də Naxçıvanda bir çox sahələrdə ciddi problemlər hələ də qalmaqdadır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top