İstanbulda terror əməliyyatı: Saxlanılanlar var

REGİON 26 fev 2024, 19:10
Türkiyənin İstanbul şəhərində  terror cinayətlərinə görə axtarışda olan şəxslərlə bağlı əməliyyat keçirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları terror cinayətləri çərçivəsində axtarışda olan şəxslərin tutulması istiqamətində iş aparıb. 

Əməliyyat zamanı silahlı terror təşkilatı PKK/KCK üzvü olduğu üçün barəsində həbs qərarı çıxarılan bir şübhəli də saxlanılıb. 

Polis bölməsindəki əməliyyatlardan sonra şübhəlilərdən 10-u həbs edilib, 1-i isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top