Təhlükəsiz məktəb, arxayın valideyn prinsipinə əsaslanan “Məktəblinin dostu” layihəsi artıq neçə ildir həyata keçirilməsinə baxmayaraq bəzi paytaxt məktəblərində tətbiq olunmur. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, “Məktəblinin dostu” layihəsi başlanğıcda pilot layihə olaraq təqdim olunub. Ekspert Demokrat.az-a açıqlamasında qeyd edib ki, layihənin respublikanın digər bölgələrindəki məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur:
“Layihənin başlıca məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hallar baş verdikdə ilkin yardım və ya psixoloji yardım göstərməkdir. İlkin mərhələdə layihə Abşeron rayonunu, Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi. Yaşı 21-30 aralığında, Azərbaycan Respublikasının vətəndaşı olan ali təhsilli şəxs məktəblinin dostu olmaq üçün müraciət edə bilər. Məktəblinin dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətləri və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarıqlarının formalaşdırılmasında iştirak edirlər. Cari ilin yanvar ayında Elm və Təhsil Nazirliyi tərəfindən layihə üzrə işçi qəbulu elan olundu, lakin ayın sonlarına doğru layihəyə müraciət dayandırıldı. Bu onu deməyə əsas verir ki, Nazirlik hazırda digər bölgələrdə də məktəblərdə bunun tətbiqini nəzərdə tutur. Deyə bilərəm ki, “Məktəblinin dostu” özünü doğrulda bilir. Layihənin tətbiq olunduğu məktəblərdə əvvəlki illərlə müqayisədə irəliləyişlərin əldə olunduğunu görmək mümkündür”.
Qeyd edək ki, “Məktəblinin Dostu” layihəsinə 2016-cı ildən start verilib. Layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23 olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 300 əməkdaş – məktəblinin dostu çalışır. 2023–2024-cü tədris ilindən “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib. Layihə bu ildən Bakı, Abşeron və Sumqayıtla yanaşı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad şəhərlərini də əhatə edir. Beləliklə, layihə ümumilikdə 237 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
Törə Zeynallı
Demokrat.az