Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ 24 fev 2024, 00:25

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Report-un  cənub bürosunun məlumatına görə, hadisə Şağlaser kəndində baş verib.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi naməlum avtomobil vuraraq xəsarət yetirib. Hadisədən xəbər tutan kənd sakinləri təcili yardıma zəng vurublar. Lakin yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən sürücü ərazidən yayınıb. Lakin keçirilən tədbirlər zamanı onun kimliyi müəyyən olunub.

Fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top