Bu sürücülər 1200 manat cərimə olunacaq — RƏSMİ

SOSİAL 23 fev 2024, 16:27
Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar Avtomobil Nəqliyyatı haqqında Qanunun və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) icazə almalıdırlar.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma və ölkədaxili sifarişli daşımalar (qeyri-müntəzəm sərnişindaşıma və yükdaşıma) fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin uçota alınmasının təmin edilməsi məqsədilə AYNA informasiya sisteminin Daşıyıcı alt sistemi yaradılmışdır. Daşıyıcı sistemin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri ilə inteqrasiyası təmin edilmiş və Buraxılış vəsiqələrinin və Buraxılış kartlarının verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilmişdir. Hazırda beynəlxalq və ölkədaxili yük, həmçinin qeyri-müntəzəm sərnişindaşıma daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin uçota alınması fiziki təmas olmadan, tam elektron şəkildə həyata keçirilir.

Qeyd edək ki, ölkədaxili sifarişli daşımalar üçün icazələr yalnız elektron qaydada verilir və ödənişsizdir", - deyə məlumatda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top