Netanyahunun partiyası onu istefaya göndərəcək

DÜNYA 18 fev 2024, 20:14
İsraildə parlament seçkiləri keçirildikdən sonra baş nazir Benyamin Netanyahu vəzifəsini itirəcək.

Bu barədə hazırkı hökumət başçısının təmsil olunduğu hakim Likud partiyasındakı mənbələr məlumat verib.

Digər partiya nümayəndəsi Netanyahunun istəyindən asılı olmayaraq, müharibə bitdikdən dərhal sonra seçkilərin keçiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, İsraildə növbəti parlament seçkiləri 2026-cı ilin oktyabrında keçirilməlidir. Bununla belə, ölkə ictimaiyyəti baş nazirin dərhal istefasını və növbədənkənar seçkilərin keçirilməsini getdikcə daha çox tələb edir.

Netanyahunun özü isə müharibəni əsas gətirərək erkən səsvermənin keçirilməsi ehtimalını rədd edir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top