Aliment ödəməyənlərə xəbərdarlıq — “Bu qanunun qəbulundan sonra...”

SOSİAL 16 fev 2024, 13:41
“Bu qanun aliment ödəməyən borclulara da şamil olunur”.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova səsləndirib. 

Komitə sədri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı fikirlərinə belə davam edib:  

“Mənə və əksər həmkarlarıma edilən müraciətlərin bir çoxu məhz alimentlə bağlıdır. Övladını təkbaşına böyüdən anaların aliment məsələsi cəmiyyətdə ciddi problemə çevrilməkdədir. Bu qanun digər borclularla yanaşı, aliment ödəməyənlərin də üzərinə öz öhədliklərini icra etmək məsuliyyətini qoyur”. 

Qeyd edək ki, Məcəlləyə təklif olunan dəyişikliklər borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsaslarını müəyyənləşdirməyi özündə ehtiva edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top