Fransada polis etirazçılara güc tətbiq edib

DÜNYA 11 fev 2024, 21:57
Fransa polisi ölkənin cənubundakı Tarn departamentində Tuluza və Kastr şəhərləri arasında A69 avtomobil yolunun tikintisinə qarşı keçirilən nümayişdə gözyaşardıcı qazdan istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “AFP” məlumat yayıb.

Qeyd olunub ki, yüzə yaxın etirazçı çadır şəhərciyi qurub və dəmiryol xətlərinin birində hərəkəti bağlayıb.

Jandarmlar nümayişi yatırtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Qeyd olunur ki, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top