Partlayış baş verən qazanxana “Azəristiliktəchizat”ın balansında imiş — AÇIQLAMA

HADİSƏ 06 fev 2024, 12:05
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda “İnşaatçılar” prospektində yerləşən yaşayış binasının qazanxanasında partlayış baş verib. Sözügedən qazanxana “Azəristiliktəchizat” ASC-nin balansındadır. Hadisə nəticəsində ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr üzrə xidmətinin rəhbəri Elvin Basqallı Demokrat.az-a açıqlamasında bildirdi ki, hazırda hadisənin səbəbləri araşdırılır: 

“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyi hadisə barədə açıqlama verib. Hazırda əsaslı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır. İctimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top