Forbes: ABŞ Kiyevə yardımı kəsməklə Ukraynaya xəyanət etdi

DÜNYA 03 fev 2024, 20:30

ABŞ Ukraynaya yardımı kəsməklə və faktiki olaraq ona daha 61 milyard dollar ayırmaqdan imtina etməklə Kiyevə xəyanət etmiş oldu.

“Report” xəbər verir ki, bu barədə Amerikanın “Forbes” jurnalı yazıb.

Qeyd olunub ki, dekabrın sonunda ABŞ-ın Ukraynaya yardımı bitəndə və ABŞ Konqresindəki respublikaçılar Cozef Baydenin hərbi xərclərə daha 61 milyard dollar xərcləmək təklifinə səs verməkdən imtina etdikdə, ilk xəyanəti Ukraynanın artilleriya batareyaları hiss edib.

“Son vaxtlara qədər, yəni 2023-cü ilin yayında Ukrayna artilleriyası Rusiya artilleriyası ilə bərabər, hətta üstünlüyə malik idi. Bu gün Rusiya Ukrayna Silahlı Qüvvələrinə mərmi atmaqda beş qat üstünlüyə malikdir”,-məqalədə deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top