Qayınata gəlininə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 29 yan 2024, 13:21
Astara rayonunda 1946-cı il təvəllüdlü Aydın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı gəlini Gunaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 1-də Astara rayonunun Pensər kəndində baş verib. Aydın yaşadığı fərdi yaşayış evinin həyətində gəlini Günay ilə aralarında olan şəxsi münasibətlər zəmində mübahisə baş edib. Mübahisə zamanı Aydın gəlininin üz və kürək nahiyəsinə yumruqla zərbə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, yetmiş yeddi yaşı olmaqla təqaüdçüdür: “Həyətimdə yetişdirdiyim müxtəlif meyvələri Astara və Lənkəran rayonlarının ərazisində satıb gündəlik xərcliyimi çıxarıram. Zərərçəkmiş Günay mənim gəlinimdir, hazırda münasibətlərimiz yoxdur. Noyabrın 1-də, saat 08.30-da evimin həyətində gəlinimin səsini eşidərək həyətə düşdüm. Ondan nə baş verdiyini soruşdum. Günay mənə “qaynım Əli naringi ağacını sındırıb” dedi. Mən də Günaya “həyət sənindir ki, ağac davası edirsən, əcəb edib oğlum naringi ağacını sındırıb” - deyə cavab verdim. Bundan sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı gəlinim məni nalayiq söyüşlərlə söydüyü üçün əsəbiləşdim. Onun üz və bel nahiyəsinə yumruq zərbəsi vurdum. Sonra yaşadığım evə getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, gəlini ilə mübahisə təxminən 2-3 dəqiqə davam edib: “Mübahisə zamanı hadisə yerində kənar şəxs olmayıb:" Oğlum və gəlinimin münasibətləri mənə pis təsir edir. Hərəkətlərimə görə peşman deyiləm”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasn, təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top