Bir ailənin dörd azyaşlı üzvü sığınacağa yerləşdirilib

SOSİAL 27 yan 2024, 20:30

“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə bir ailədən dörd azyaşlı uşaq baxımsız, sosial təhlükəli vəziyyətdə qəbul edilib.

Bu barədə ictimai birlikdən məlumat verilib.

Bildirilib ki, uşaqların anası ağır mədə xərçəngindən əziyyət çəkir. Ailə ilk dəfə ziyarət olunan zaman ana və uşaqların heç birinin qeydiyyatının olmaması, azyaşlıların təhsildən yayınması və ananın ağır vəziyyətdə evdə müalicəsiz baxımsız şəraitdə qalması aşkarlanıb.

İctimai Birliyin müraciəti əsasında Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişi və dəstəyi ilə ana ağır vəziyyətdə ilkin olaraq M.A.Qasımov adına Respublikası Klinik Xəstəxanasına yerləşdirilib.

Azyaşlıların reabilitasiyası “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top