Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

DÜNYA 11 yan 2024, 08:13
Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 213 nəfərə çatıb. 

Ən son məlumata görə, 567 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 195 nəfər isə itkin düşüb. 

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top