Pensiya alanlar üçün vacib AÇIQLAMA — Yanvar ödənişi artımla olacaq?

SOSİAL 09 yan 2024, 10:28

Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq.

Bəs ödənişlər nə zaman veriləcək?

 

Bu sual ilə bağlı müraciətlər daxil olur.
 

Eyni zamanda, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək.


Qeyd edək ki, hər il pensiya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.


Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondundan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.
 

"Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top