Nigeriyada korrupsioner nazir vəzifəsindən azad edildi

DÜNYA 08 yan 2024, 21:34
Nigeriya prezidenti Bola Əhməd Tinubu humanitar məsələlər üzrə nazir Betta Edu korrupsiya ittihamlarına görə vəzifəsindən uzaqlaşdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə prezidentin xüsusi müşaviri Ajuri Ngelale açıqlama verib.

Açıqlamada, Prezidentin Humanitar İşlər Naziri Betta Edunu vəzifəsindən azad etdiyi bildirilib.

2023-cü ilin avqustunda Nigeriyada vəzifəyə başlayan Edunun həssas qruplara paylanması lazım olan 585 milyon nairanın (təxminən 661 min dollar) şəxsi hesaba köçürülməsi üçün göstəriş verdiyi iddia edilir. 

Qeyd edək ki, nazir ittihamları rədd edib və dövlət vəsaitini mənimsəmədiyini bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top