Bu gündən Milli QHT Forumunun regional forumları başlayır

DAXİLİ SİYASƏT 25 dekabr 2023, 08:51
Bu gündən etibarən Azərbaycan Milli QHT Forumunun regional forumları başlayır.

Demokrat.az xəbər verir ki, ilk belə tədbir bu gün Lənkəran şəhərində keçiriləcək.

Bu regionu əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri foruma toplaşacaq. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, regional forumlarda əsas məqsəd bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirməkdir.

Qeyd edək ki, AMQF-nun regional forumları yanvarın 8-nədək davam edəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvan şəhərində davam etdirilməsi nəzərdə tutulur.

Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 20:59
13 mart 2025, 18:33
Top