Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.İki ölkə arasında olan əməkdaşlıq Azərbaycana hansı töhfələri verəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin inkişafı əsas prioritetlərdən biridir:
“Ümumiyyətlə, Balkan regionu ilə Azərbaycan arasında son dövrlərdə münasibətlər daha da dərinləşir. Burada enerji təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir.
O cümlədən də Azərbaycanın enerji layihələrinin diversifikasiyası – yəni şaxələndirilməsi diqqət çəkir və elə bu xüsusda Şimali Makedoniya Respublikasının prezidenti öz bəyanatında da enerji təhlükəsizliyi məsələsinə diqqət çəkib. Hesab edirəm ki, bu səfər ticarət-iqtisadi və humanitar məsələlərə müsbət təsir göstərəcək və yeni bir münasibətlər sisteminin formalaşmasının şahidi ola bilərik”.
Politoloq onu da qeyd edib ki, Balkan regionunda son dövrlər gedən transformasiyalar və təhlükəsizliklə bağlı atılan addımlar mühüm əhəmiyyət kəsb edir:
“Eyni zamanda hesab edirəm ki, Azərbaycan da Cənubi Qafqazda çox mühüm geosiyasi aktor kimi bir sıra dövlətləri özünə cəlb edir və Azərbaycan həm də ərazi bütövlüyünü və suverenliyini təmin etmiş bir dövlət kimi maraq dairəsindədir.
Elə bu xüsusda müxtəlif səfərlər, təmaslar və dialoqlar təşkil olunur. Şimali Makedoniya da bu ölkələrdən biridir. Hesab edirəm ki, qarşıdakı dövrdə Şimali Makedoniya ilə Azərbaycan arasında münasibətlərdə tamamilə yeni bir mərhələni müşahidə edəcəyik”.
Leyla Turan
Demokrat.az