ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilir. Tədbirdə Qazaxıstanın 22 universitetinin rektorları iştirak edirlər. Dəyirmi masa və panel müzakirələrinin sonunda universitetlər arasında ali təhsil sahəsində əməkdaşlığa dair 17 sənədin imzalanması gözlənilir.
Bu əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?
Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Qazaxıstan respublikalarının ali təhsil sahəsində əməkdaşlığının genişlənməsi gözlənilən idi:
“Belə ki, 2024-cü ilin martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilmişdi. Bu zaman Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının Elm və Ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalamışdılar. Məhz bu sazişdən irəli gələn məsələləri reallaşdırmaq üçün Qazaxıstanın Elm və təhsil nümayəndələri Azərbaycana yeni səfərə gəlmişdir. Səfər çərçivəsində 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumu imzalanıb.Bu memorandumlarda öz əksini tapan əsas məsələlər bunlar olmuşdur. Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması, Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları, Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi və Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması. İmzalanan sənədlər hər iki ölkənin ali təhsilində tələbə mübadiləsinin aparılması, ikili diplomların tətbiqi, müəllim heyətinin transferi, ortaq universitetin yaradılması,Ali təhsildə eyni strategiya və planlaşmanın aparılması və s. məsələləri nəzərdə tutur. Qeyd edim ki, Azərbaycan-Qazaxıstan arasındakı münasibətlərin genişlənməsində Türk Dünyası Təşkilatının fəaliyyəti də böyük rol oynayıb. Yaxın gələcəkdə digər Mərkəzi Asiya Türk dövlətləri ilə də bu tip müqavilələrin imzalanması istisna edilmir. Son olaraq imzalanan müqavilələr elm və təhsil sahəsində olsa da siyasi əhəmiyyəti də böyükdür. Belə ki, bütün bu razılaşmalar gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edir”.
Leyla Turan
Demokrat.az