Beynəlxalq alimlər qrupu aşkar edib ki, təbiət mənzərələrini müşahidə etmək ağrı hissini azaldır.
Demokrat.az xəbər verir ki, araşdırma Nature Communications (NatCom) jurnalında dərc olunub.
49 könüllünün iştirak etdiyi təcrübədə tədqiqatçılar bir sıra zəif elektrik şokları zamanı beyin fəaliyyətini izləmək üçün funksional MRT-dən istifadə ediblər.
Məlum olub ki, təbiət mənzərələrinin videolarına baxmaq ağrının subyektiv qavranılmasını azaltmaqla yanaşı, beyin funksiyalarında da dəyişikliklərə səbəb olub. Şəhər və ya ofis mənzərələrindən fərqli olaraq, təbiət beynin ağrı siqnallarının işlənməsi ilə əlaqəli sahələrini əhəmiyyətli dərəcədə zəiflədir.
Tədqiqatın aparıcı müəllifi Maks Steininger təbiəti müşahidə etməyin effektinin sadəcə plasebo olmadığını vurğulayıb. İnsan təbiətə baxanda beyin ağrı siqnallarını əslində fərqli şəkildə qəbul edir, bu da hisslərin intensivliyini azaldır.
Təsiri ağrıkəsicilərin təxminən yarısı qədər olsa da, tədqiqatçılar bu metodun əlavə ağrı kəsici vasitə kimi istifadə oluna biləcəyinə ümid edirlər.
Əfsanə Kamal
Demokrat.az