SOCAR-ın törəmə şirkətinin baş direktoruna yeni müşavir təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rafiq Novruzov Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – "SOCAR Upstream Management International" MMC-nin baş direktorunun audit üzrə müşaviri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Türkiyənin ALPET şirkətində daxili audit departamentinin rəhbəri olub.
Rafiq Novruzov 2010-cu ilin oktyabrından 2025-ci ilin iyulunadək "Bank VTB Azərbaycan"ın törəmə strukturunda daxili audit departamentinin rəhbəri vəzifəsini icra edib. 2005-2010-cu illərdə "PwC Azerbaijan" şirkətində baş auditor vəzifəsində çalışıb.
O, karyerasına 2004-cü ildə "Bank of Baku"da tədqiqat və inkişaf üzrə mütəxəssis kimi başlayıb.


