Avstraliyada, dünyada ilk dəfə olaraq, bir xəstəyə titandan ürək qoyulub. Fevralın əvvəlində Sidneydəki St Vinsent xəstəxanasında həyata keçirilən əməliyyat ürək cərrahiyyəsi sahəsində inqilabi addım olub.
Demokrat.az xəbər verir ki, bu barədə Müqəddəs Vinsent xəstəxanası (SVH) məlumat yayıb.
Həkimlər qeyd edirlər ki, süni ürək olmasaydı, xəstə transplantasiyaya qədər yaşaya bilməzdi. Əməliyyatdan əvvəl kişi cəmi 10-15 metrə qədər yeriyə bilib. İndi cərrahi qrupa rəhbərlik edən kardioloq Kris Hayvardın sözlərinə görə, xəstə yenidən aktiv həyat tərzi keçirə bilər.
Avstraliyada aparılan əməliyyat dünyada altıncı, ABŞ hüdudlarından kənarda isə ilk uğurlu əməliyyat olub, cihazın uzunmüddətli istifadə potensialını nümayiş etdirib.
Əfsanə Kamal
Demokrat.az