Politoloq: "Beynəlxalq Bakı Forumundan aktual çağırışlar səsləndirildi"

SİYASƏT 13 mart 2025, 19:08
"Forumlar müasir dünyadakı həyatın ayrılmaz hissəsinə çevrilib. Forumların əsas qayəsi ilk növbədə məlumatlandırma və müzakirələrdir. Adətən, bu kimi tədbirlərin iştirakçıları ictimai fikrin öncüləri, "Nobel" və digər mükafatların laueratlarıdır ki, sülh, təhlükəsizlik, əməkdaşlıq, humanitar sahənin inkişafında kifayət qədər fəaliyyət göstəriblər.

Bu insanların bir araya gəlməsi insanlara yeni töhfələr vəd edir. İlk növbədə siyasi proseslərin gərginliyinin azalmasından ötrü humanitar, mədəni sivilizasiya sahəsindəki əməkdaşlığın güclənməsi çox böyük potensial formalaşdırır. Bu postensial sülhə xidmət edir".


Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

"Prezident İlham Əliyevin bu istiqamətdə çox böyük faydalılıq əmsalı əldə olunub. Bunu siyasi elitalar, intellektual kəsimlər çox gözəl başa düşür. Bu kimi tədbirlər ilk növbədə xaricdən gələn qonaqları bir daha əmin edir ki, Azərbaycan özünün açıq qapılar siyasətini gücləndirir. Xarici qonaqlar çox böyük işguzarlıq və maraqla bu proseslərə qatılırlar.

Azərbaycan dünyada tanınır, vacib idea və baxışların reallaşması fonunda təhlillər keçirərək yeni səslənən planların gerçəkləşməsinə imkanlar yaranır. İlk növbədə mənəvi qazanc böyük rol oynayır. İqtisadi və siyasi baxımdan qazanc sözü fərqli tərzdə qarşılanır. Mənəvi qazanc olaraq insanlar əmin olur ki, xoş niyyətlər mövcuddur və onları əməli faydaya çevirmək lazımdır".

O bildirib ki, digər yandan həyatın keyfiyyət göstəricilərinin artması məsələsi gündəmə gəlir:

"Bəzi hallarda cüzi sərfiyyat olduğu halda belə insanlar özləri üçün əlverişli mühit formalaşdırırlar. Bu baxımdan hesab edirəm ki, Bakıda başlamış forum vacib hadisədir. İlham Əliyev bir daha mötəbər tribunadan öz aktual çağırışlarını səsləndirdi.

Sülhə və dayanıqlı sabitliyə olan istiqamətdə Azərbaycan bütün səylərini ortaya qoyur, lazımi tədbirləri görür ki, qonşuluqda olan başı pozuq Ermənistan həddini aşmasın. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir daha göstərdi ki, Avropa missiyasının Ermənistanda sülhlə bağlı niyyəti yoxdur, boşluqlar axtarırlar ki, Ermənistanın Azərbaycana təcavüzünü reallaşdırsınlar.

Biz buna yol verməyəcəyik. Bizim elə təhlükəli planlarımız yoxdur ki, kimdənsə qorxub çəkinək. Bütün planlarımız, baxışlarımız sağlam ruhludur və onları gerçəkləşdirməkdə bütün imkanlardan istifadə edəcəyik".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 20:59
Top