Ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşə bilər

DÜNYA 13 mart 2025, 20:45
Braziliyalı yaşlı Deolira Gliceria Pedro da Silvanın ailəsi onu dünyanın ən yaşlı insanı adlandırıb və Ginnesin Rekordlar Kitabına müraciət etmək niyyətindədir.

Demokrat.az
xəbər verir ki, bu barədə Need To Know (NTK) yazır.

Yaxınlarının verdiyi məlumata görə, qadının martın 10-da 120 yaşı tamam olub. Onlar Deolira da Silvanın doğum tarixini 10 mart 1905-ci il kimi qeyd edən doğum şəhadətnaməsi tapdıqlarını iddia edirlər.

Ginnesin Rekordlar Kitabına görə, hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı rahibə İna Canabarro Lukasdır. Onun 8 iyun 1908-ci ildə anadan olduğu güman edilir.
 
Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 20:59
Top