Sabah bu yerlərdə qaz olmayacaq

GÜNDƏM 13 mart 2025, 19:50

Sabah İmişli rayonunun iki kəndinin qaz təchizatında məhdudiyyət olacaq.

Rayonun Oruclu və Ağaməmmədli kəndlərində abonentlərin qaz xəttinə qoşulması və açılması, eyni zamanda qaz xəttlərinə texniki baxış işləri apararkən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kəndlərdə (ümumi 529 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 20:59
Top