ABŞ İranla əlaqəli şirkətlərə qarşı sanksiyaları genişləndirir

DÜNYA 13 mart 2025, 19:39
ABŞ İranla əlaqəsi olan 13 gəmiyə sanksiya tətbiq edib. Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları genişləndirib və  Tehranla əlaqəsi olan müxtəlif ölkələrin fiziki şəxsləri, şirkətləri və gəmilərinə məhdudiyyətlər qoyub.

Demokrat.az
xəbər verir ki, bu barədə İnterfaks məlumat verir.

Sanksiyalar  Çin, BƏƏ, Sinqapur, İndoneziya, Liberiya, Seyşel adaları, Banqladeş və Marşal adalarında qeydiyyatdan keçmiş 17 şirkətə təsir edib. Bundan əlavə, bir İran vətəndaşına məhdudiyyət qoyulub.

Bundan başqa İran, Panama, Kamerun, İndoneziya, Palau, Barbados, San Marino və Honq Konq bayraqları altında üzən 13 gəmi də sanksiya siyahısına əlavə edilib.

Fevralın 21-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, Vaşinqton İran hakimiyyətinə nüvə silahı yaratmağa icazə verməyəcək. O xatırladıb ki, Ağ Ev rəhbəri bu yaxınlarda İrana maksimum təzyiq haqqında fərman imzalayıb.

Əfsanə Kamal
Demokrat.az

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 20:59
Top