İlham Əliyev sərəmcam imzaladı

DAXİLİ SİYASƏT 13 mart 2025, 12:45
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəmcam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısının “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 23 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 16 yanvar 2009-cu il tarixli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 15:13
Top