Filippinin keçmiş prezidenti Rodriqo Duterte həbs olunmaq üçün Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsxana kompleksinə aparılıb.
Demokrat.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Duterte tibbi müayinələr başa çatdıqdan sonra bu gün saxlama müəssisəsinə köçürülüb. Martın 12-də Duterte Beynəlxalq Cinayət Məhkəməsinin nəzarətinə verilib.
Martın 11-də Duterte Honq Konq səfərindən qayıtdıqdan sonra Filippinin paytaxtı Manilanın hava limanında nəzarətə götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilən məhkəməsiz kütləvi qətllərlə bağlı insanlığa qarşı cinayətlərdə ittiham olunur.
Qurbanların dəqiq sayı bilinmir, lakin minlərlə ölçülür.
Əfsanə Kamal
Demokrat.az