Filippinin keçmiş prezidenti Rodriqo Duterte həbs olunmaq üçünHaaqadakıBeynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsxana kompleksinə aparılıb.
Demokrat.az xəbər verir ki, bu barədə məhkəməninmətbuat xidmətiməlumat verib.
Bildirilib ki, Duterte tibbi müayinələr başa çatdıqdan sonra bu gün saxlama müəssisəsinə köçürülüb. Martın 12-də DuterteBeynəlxalq Cinayət Məhkəməsinin nəzarətinəverilib.
Martın 11-də Duterte Honq Konqsəfərindən qayıtdıqdan sonra Filippinin paytaxtı Manilanın hava limanında nəzarətə götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilən məhkəməsiz kütləvi qətllərlə bağlı insanlığa qarşı cinayətlərdə ittiham olunur.
Qurbanların dəqiq sayı bilinmir, lakin minlərlə ölçülür.
Əfsanə Kamal Demokrat.az


