Ərdoğan Kosovo prezidenti ilə görüşüb

DÜNYA 08 dek 2023, 22:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosovo Prezidenti Vjosa Osmani-Sadru ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Müdirliyindən açıqlama verilib.

Bildirilib ki, görüşdə Türkiyə-Kosovo münasibətləri çərçivəsində son inkişaflar, regional və qlobal problemlər və İsrailin Fələstinə hücumları müzakirə edilib. 

Prezident Ərdoğan görüş zamanı İsrailin hərbi cinayətlərinə görə məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyətin birlik içində hərəkət etməli olduğunu, Türkiyənin bölgədə daimi atəşkəsin təmin edilməsi və Qəzzaya humanitar yardımların çatdırılması üçün səylərini davam etdirdiyini bildirib. 

Prezident həmçinin Türkiyənin Kosovonun tanınmasına dəstəyini artırmağa davam edəcəyini və Kosovonun yerləşdiyi bölgədə sülh və sabitliyə gedən yolun dialoqdan keçdiyini bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top