Muxtar Babayev Dubayda iqlim dəyişmələri ilə bağlı keçirilən tədbirdə iştirak edib — FOTO

SİYASƏT 08 dek 2023, 17:11
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işini davam etdirir.

Konfransın 9-cu günü “Gənclər, uşaqlar, təhsil və bacarıqlar” tematik mövzusuna həsr olunub. Bununla əlaqədar konfrans çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda tematik mövzuya uyğun üç paralel tədbir baş tutub. Tədbirlərdə beynəlxalq təşkilatlar və dost ölkələrin nümayəndələri iştirak edib.  Azərbaycan pavilyonunda, eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Andersonla ikitərəfli görüş keçirilib və qarşılıqlı əməkdaşlıq prespektivləri müzakirə olunub. Qeyd olunan tədbirlərdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  iştirak edib.

Yüksək texnoloji həllərlə təqdim olunan Azərbaycan pavilyonunun konsepsiyası, ölkənin "yaşıl" təşəbbüsləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top